Çin (ÇXR) və ABŞ ticarət sahəsində olan bəzi ziddiyyətlərin aradan qalxmasına nail olublar.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin nümayəndəsi olan Gao Fen bildirib.
Çin ABŞ-dan daha çox soya və ümumiyyətlə digər əmtəə almağa hazırdır olduğunu bildirib. Gao Fen bildirmişdir ki, “soya Amerikanın Çinə olan ixracının həmişə əhəmiyyətli hissəsini təşkil edib, ÇXR-ın daxili bazarında soya məhsullarına tələbat daim artır və hər hansı detallar üzə çıxarsa, biz onları mütləq ictimaiyyətə açıqlayacağıq”.
Argentinada G20 çərçivəsində keçirilən sammitdə, Çin və ABŞ liderləri bu məsələ ilə bağlı qarşılıqlı addımlar atacaqlarını bildiriblər. ÇXR-nın sədri olan Si Çzinpin, ticarət disbalansını düzəltməyi və ABŞ-dan əhəmiyyətli miqdarda kənd təsərrüfatı və digər məhsulların alınmasına söz verdi.
ABŞ prezidenti Donald Tramp, tərəflər 90 gün ərazində bir sıra məsələlər üzrə razılığa gələ bilsələr, Çindən $200 milyard həcmində idxala tətbiq olunan vergilərin yanvarın 1-dən etibarən 10%-dan 25%-a qədər artırmayacağını bildirib.
Çin bu həftə ABŞ-dan soya idxalını bərpa edib, bu isə Amerika fermerlərinin bir az sakitləşməsinə və ehtimal ki, Pekinə Vaşinqtonla qarşılıqlı ticarət üzrə danışıqlarda kömək edəcək.
Soya ixracı üzrə Şuranın verdiyi məlumata görə, son 24 saat ərzində Çin şirkətləri 1,5 milyon tondan 2 milyon tona qədər soya idxal edib.