23 C
Baku
Friday, April 26, 2024

Çin və Argentina milli valyutalarla ticarət haqqında saziş imzaladılar

Çin və Argentina hökumətləri milli valyutalarla ticarətə mərhələli keçid haqqında saziş imzalayıblar.

Müqavilə ondan ibarətdir ki, Argentina və Çinin mərkəzi bankları hər iki ölkənin üçüncü ölkələrin valyutalarından istifadə etmədən ticarət apara bilməsi üçün milli valyutaların sabit məzənnə ilə dəyişdirilməsi ilə məşğul olacaqlar. Üçüncü ölkənin konkret hansı valyutasından söhbət getdiyi tamamilə aydındır. Bu, Amerika dollarıdır.

Xatırladaq ki, bundan əvvəl rəsmi Buenos-Ayres Argentina iqtisadiyyatının ABŞ dollarından asılılığını azaltmaq niyyətində olduğunu açıqlamışdı.

Buenos-Ayres və Pekin arasında müqavilə imzalandıqdan sonra bu planlar reallaşmağa başlayır. Beləliklə, ABŞ dolları Latın Amerikası bazarında da mövqelərini itirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər