7 C
Baku
Thursday, December 12, 2024

Çin və Avropanı birləşdirən ilk dəmiryol xidməti istifadəyə verilib

Çinin Harbin şəhərini Niderlandın Tilburq şəhəri ilə birləşdirən yeni beynəlxalq dəmiryol marşrutu istifadəyə verilib. Bu, Çin və Avropanı birləşdirən ilk dəmiryol xidmətidir.

“China Railway Harbin Group Co. Ltd” şirkətinin məlumatına görə, 55 konteynerdən ibarət yük qatarı cümə axşamı Harbin beynəlxalq konteyner mərkəzinin stansiyasından Avropaya yola düşüb. Qatar 10 min 257 kilometr yol qət edəcək və 15 günə Tilburqa çatacaq.

“Dəniz daşımaları ilə müqayisədə, yeni yük qatarı xidməti çatdırılma müddətini üçdə ikiyə, məsafəni isə yarıya qədər azaldacaq”, – deyə stansiyanın rəisi Lianq Çuan bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər