16 C
Baku
Wednesday, May 1, 2024

Çin və Cənubi Afrika BRICS-in genişlənməsini dəstəkləyib

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və Çin Xarici İşlər Nazirliyi BRICS sammiti ərəfəsində assosiasiyanın genişləndirilməsinə dəstək verdiklərini açıqlayıb. “Financial Times”ın məlumatına görə, Cənubi Afrikada keçirilən sammitdən sonra bir neçə ölkə BRICS-ə qəbul oluna bilər.

Avqust ayında BRICS sammitinə ev sahibliyi edən cənab Ramafosa xalqa müraciəti zamanı onun genişləndirilməsinə çağırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. “20-dən çox ölkə BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib və daha bir neçə ölkə BRICS ailəsinin bir hissəsi olmaqda maraqlı olduğunu bildirib. Cənubi Afrika BRICS üzvlüyünün genişləndirilməsini dəstəkləyir”, – deyə o bildirib. Ramafosanın çıxışı Cənubi Afrika Prezidentinin saytında yerləşdirilib.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi genişlənməni dəstəkləyib. “Çin həmişə əmin olub ki, BRICS açıq və əhatəli mexanizmdir, Pekin BRICS-in genişlənmə prosesini dəstəkləyir və daha çox həmfikir olan tərəfdaşların BRICS-in böyük ailəsinə erkən daxil olmasını alqışlayır”, – deyə Çin Xarici İşlər Nazirliyi bildirib.

Cənubi Afrika rəsmiləri daha əvvəl bildirmişdilər ki, BRICS-ə qoşulmaq üçün rəsmi müraciətlər 23 ölkə tərəfindən təqdim edilib. “Financial Times”ın mənbəsi hesab edir ki, onların hamısının dərhal ittifaqa dəvət ediləcəyi ehtimalı azdır. Qəbul üçün kriteriyaların müəyyən ediləcəyi gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər