0 C
Baku
Wednesday, February 12, 2025

Çin və Hindistan sanksiyalar fonunda Rusiyadan neft alışını dayandırıb

Çin və Hindistan sanksiyalar fonunda Rusiyadan neft alışını dayandırıb, “Reuters” yazır. Məlumata görə, bu, ABŞ sanksiyalarından təsirlənməyən tankerlərin yükdaşıma xərclərinin kəskin şəkildə artmasından sonra baş verib.

Yanvarın 10-da Vaşinqton Rusiyanın neft tədarük zəncirini hədəf alan yeni sanksiyalar tətbiq edib və bu, qiymətlərin qalxmasına səbəb olub. “Kpler” analitika şirkətinin məlumatına görə, son sanksiyalar Rusiyanın dəniz neft ixracının təxminən 42%-ni daşıyan tankerlərə, əsasən də Çinə təsir edib.

Hindistanın neft naziri Pankaj Jain cümə günü jurnalistlərə bildirib ki, ABŞ sanksiyaları çərçivəsində Rusiya neftini daşıyan tankerlər fevralın 27-dək nefti boşaltmalıdırlar. “Təsirə məruz qalan gəmilərin bortunda neftə görə ödənişlər martın 12-dək başa çatdırılmalıdır”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər