1 C
Baku
Saturday, December 14, 2024

Çin və Hindistana İran neftinin idxalına icazə verib. Lakin, limitlə

ABŞ Hindistana İrandan sutkada 300 min barel neft almaqla İslam Respublikasına qarşı sanksiyalardan yayınmağa icazə verib.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat verib.

“İrana qarşı sanksiyalar çərçivəsində ABŞ-ın xüsusi icazəsi Hindistanın neft emalı zavodlarına sutkada 300 min barrelə qədər İran nefti idxal etməyə imkan verir”, – agentlik yazır. Qeyd olunur ki, belə istisnanın müddəti 180 gündür.

Agentliyin hesablamalarına görə, 2017-ci ildə İran Hindistana sutkada, təxminən, 450 min barel neft verib, 2018-ci ildə neft ixracı orta hesabla sutkada 560 min barel səviyyəsində olub.

ABŞ Çinə Güzəştə getdi

Bundan əlavə, ABŞ Çinin 180 gün ərzində İrandan gündəlik 360 min barel neft almasına razılıq verib.

“Reuters”ə istinadən ki, Çinin gömrük qurumunun məlumatına görə, cari ilin yanvar – sentyabr ayları ərzində Çin İrandan orta hesabla gündəlik 650 min barel neft alırdı.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər