Çin və Körfəz ölkələri müştərək investisiya mərkəzi yaradacaqlar.
Bu barədə sammitin açılışında çıxış edən Çin sədri Si Cinpin bildirib.
“Körfəz ölkələri və Çin birgə investisiya mərkəzi yaradacaq. Biz Körfəz ölkələri ilə təmiz enerjiyə sərmayə qoyuluşu üzrə əməkdaşlığı gücləndirəcəyik”, – deyə Çin lideri bildirib.
Çin lideri dekabrın 10-dək davam edəcək dövlət səfəri üçün çərşənbə günü Səudiyyə Ərəbistanına gəlib və Çin lideri birinci Çin-Ərəb Sammiti və Çin-Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning daha əvvəl demişdi ki, ilk Çin-Ərəb sammiti Pekin və region ölkələri arasında əlaqələrin inkişafı üçün epoxal əhəmiyyət kəsb edəcək.