12 C
Baku
Wednesday, December 11, 2024

Çin və Səudiyyə Ərəbistanı arasında 34 müqavilə imzalanıb

Çin Xalq Respublikasının sədri Si Tsinpinın səfəri çərçivəsində Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrə aid müqavilələr imzalanıb.

Ümumilikdə 34 müqavilənin imzalanması mərasimi keçirilib.

Müqavilələr iqtisadiyyat, ticarət, energetika, informasiya texnologiyaları, nəqliyyat və logistika, sənaye və inşaat sahələrini əhatə edir.

Çin lideri imzalanan müqavilələrin Çin-Səudiyyə Ərəbistanı münasibətlərini daha da dərinləşdirəcəyini və tərəflər arasındakı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Çin sədri 7-9 dekabr tarixləri arasında Səudiyyə Ərəbistanında səfərdədir. Si Tsinpinin Çin və ərəb ölkələri arasındakı əlaqələrə həsr olunmuş zirvə toplantısında, həmçinin Çin-Körfəz Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməsi nəzərdə tutulub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər