9 C
Baku
Thursday, December 12, 2024

Çin valyutasının populyarlığı artır

Heç nə əbədi deyil, xüsusən də söhbət ehtiyat valyutadan gedirsə. Hazırda ən çox müzakirə edilən sual dollardan asılılığın diversifikasiyasıdır. Bu həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrə aiddir.

Standard Chartered bankında belə qeyd edirlər ki, minimum 40 mərkəzi bank yuana yatırım etmiş və yaxud buna hazırlaşırlar. Bu ehtiyat valyutaların diversifikasiyası məqsədilə edilir və tənzimləyicilər digər valyutaları nəzərdən keçirərək yeni imkanlar axtarırlar. Bu zaman dollara ən yaxşı əvəzedici kimi yuan nəzərdən keçirilir.

South China Morning Post-da Standard Chartered-in Sinqapurda çalışan əməkdaşı Yuk Pilmanım sözləri verilmişdir. Pilman mərkəzi bankları öyrənən bölməyə rəhbərlik edir və həmçinin müstəqil fondların aktivlərinin idarəsi ilə məşğul olur.

Pilman əvvəllər BVF-da işləmiş və mərkəzi banklara məsləhətləri ilə çıxış etmişdir. Aşağıdakı qrafikdə ehtiyat valyutaların gündəmdə olduğu dövrlər qeyd olunmuşdur.

Qrafikdən də aydın olduğu heç nə əbədi deyil.

116286.320xp

Standard Chartered-dən verilən məlumatlara görə, yuanın mərkəzi banklardakı populyarlığı zamanla artmaqda davam edir. Bütün bunlarda Çinin özünün əməyi var. Belə ki, ölkə öz valyutasına olan investisiyaları genişlənirməklə buna nail olmuşdur.

Çində əcnəbi investorlar üçün xüsusi kriteriyalar var və bu QFII adlanır. Lakin mərkəzi banklar üçün bu cür şərtlər cəmiyyətə elan edilməyib. Lakin aşkar olan məlumatlara görə digər ölkələrdən olan tənzimləyicilər üçün kvota digər investorlar üçün olan kvotadan on dəfə çoxdur. Yeri gəlmişkən, Mərkəzi bank üçün kapitalın idarə edilməsi üçün hər hansı bir idarə yoxdur.

Son xəbərlər
Digər xəbərlər