Çin valyutasının zəifləməsinin Azərbaycana ziyan tərəfi – analitika

ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda Çinin milli valyutası – yuan digər xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir. Hazırda “Bloomberg” ticarət platformasında CNY/USD nisbəti 6,93-ə yaxındır.

Rəsmi Pekin yuanı ucuzlaşdırmaqla ABŞ-ın Çin mallarının idxalına tətbiq etdiyi gömrük rüsumlarının təsirini azaltmağa, bu ölkə ilə xarici ticarət balansındakı kəsiri azaltmağa çalışır. Banker.az bildirir ki, bunu Report-un analitika qrupu belə hesab edir.

Bununla belə, Çinin valyuta siyasəti Azərbaycanla idxal-ixrac əməliyyatlarına da təsir edə bilər. Qeyd edək ki, hazırda CNY/AZN nisbəti 4,07-yə barabərdir. Halbuki, ilin əvvəlində 3,83 olub. Yuanın manat qarşısında ucuzlaşması Azərbaycandan Çinə qeyri-neft məhsullarının (məsələn, şərab) ixracını zəiflədə bilər.acfb9f00 25cb 44e7 a920 5e54acd248d8

Azərbaycana Çindən idxalın güclənməsi isə gözlənilmir. Məsələ ondadır ki, qonşu ölkələrin – Türkiyə, Rusiya və İranın milli valyutaları yuanla müqayisədə daha kəskin dəyərdən düşüb. Bu isə Azərbaycanın idxal üçün Çinə deyil, elə qonşularına üz tutmasını stimullaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər