Avqust ayında Çin Mərkəzi Bankının qızıl ehtiyatları 0.06 milyon troya unsiyası artaraq 74.02 milyon unsiyaya çatıb. Bu, bazar günü dərc olunan rəsmi məlumatlarda qeyd olunur. Çin Mərkəzi Bankı qızıl alışına 2024-cü ilin noyabrında başlamışdıvə beləliklə, artıq 10 ay ardıcıl olaraq qiymətli metal alır.
Cümə günü spot qızıl növbəti tarixi maksimuma çataraq unsiya üçün 3600 dollar səviyyəsini sınaqdan keçirib. İlin əvvəlindən qiymətli metalın dəyəri 36.5% artıb.
Qızıla tələbat dünya mərkəzi banklarının alışları, ABŞ dollarının zəifləməsi, ölkədə faiz dərəcələrinin endirilməsi gözləntiləri, həmçinin Donald Trampın FED rəhbəri Cerom Pauella qarşı hücumları ilə dəstəklənir. “Goldman Sachs” xəbərdarlıq edir ki, əgər tənzimləyicinin müstəqilliyi zərər görsə, qızılın qiyməti 5000 dollara qədər yüksələ bilər.