Çin Xalq Bankı artıq on üç aydır ardıcıl olaraq qızıl alır, yəni 2024-cü ilin noyabrından bəri). Noyabr ayında bankın qızıl ehtiyatları 30 min troy unsiyası artaraq 74,12 milyon unsiyaya çatıb.
Bu il qızıl 60%, gümüş isə 102% bahalaşıb. Qızıla tələbi dəstəkləyən ikinci faktor ABŞ-də faiz dərəcələrinin azaldılacağına dair gözləntilər və həmçinin Federal Ehtiyat Sisteminin növbəti rəhbərinin Cerom Pauelldən daha yumşaq mövqe tutacağı ehtimalıdır.
Hazırda federal fondlar üzrə faiz dərəcəsi fyuçersləri 25 baza bəndi azaldılaraq 3,50%–3,75% diapazonuna düşməsi ehtimalını 86,2% səviyyəsində, mövcud 3,75%–4,00% səviyyəsində qalması ehtimalını isə 13,8% səviyyəsində qiymətləndirir.
“World Gold Council”in məlumatına görə, dünya mərkəzi bankları ilin ortalarında verilmiş fasilədən sonra oktyabr ayında yenidən qiymətli metal alışlarına başlayıblar. Onların qızıla marağı həm dedollarizasiya tendensiyası, həm də Qərbin Rusiya ehtiyatlarını dondurmasından sonra öz aktivlərini qorumaq istəyindən irəli gəlir.






