15 C
Baku
Friday, March 29, 2024

Çin Xalq Bankı “Böyük depressiya” nın baş verməsi riski ilə əlaqədar xəbərdarlıq etdi

Çin Xalq Bankının verdiyi məlumata görə, dünya ölkələri “Böyük depressiya” təhlükəsi altındadır. Tənzimləyici qeyd edir ki, bunun ehtimalı az olsa da, istisna edilə bilməz.

Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.

“Əhalinin sağlamlığını qorumaq ehtiyacı və bütün istehsal fəaliyyətlərin bağlanması ilə əlaqəli olan iqtisadi nəticələr arasında kompromiss tapmaq istəyi, bir çox iqtisadçıları proqnozlarını yenidən nəzərdən keçirməyə məcbur etdi. Onlar hesab edirlər ki, nəticə 2008-ci ildəki qlobal maliyyə böhranı və hətta Böyük depressiya” dan daha ciddi ola bilər”.

Sonuncu 1929-cu ildə Uoll-Stritdəki çöküşdən başlayıb ki, bu da kredit bazarlarının dondurulmasına, kütləvi iflaslara və ABŞ-ın ÜDM-nun 10% və 25%-dən çox azalmasına səbəb olub.

“Hökumətlər, ehtimal ki, iyul ayında qədər məhdudiyyətləri qismən aradan qaldıracaqlar. Onlar məhdudiyyətlər irəli gələn ərzaq çatışmazlığı, sosial iğtişaşlar və insan həyatına daha çox zərər verə biləcək fəsadların qarşısını almalıdırlar. Əlbəttə ki, iqtisadiyyat bütün məhdudiyyətlər aradan qaldırıldıqda bərpa olunacaq”, – South Chine Morning Post qəzetində Çin Universitetinin professoru Terens Chonq Taylun bildirir.

Buna baxmayaraq, getdikcə daha çox həyəcan siqnalları ortaya çıxır. Onlardan biri ABŞ-da işsizliklə bağlı vəziyyətdir. Əgər son iki həftə əvvəl işsizlərin sayı 3,3 milyon idisə, ötən həftə bu göstərici 6,5 milyondan çox olub! Bütün bunlar işsizliyin kritik həddə çatması riskini vurğulayır.

Hal-hazırda dünya bazarları 35% düşüb, kredit bazarları isə 2008-ci ildəki səviyyəyə çatıb. “Goldman Sachs”, “JP Morgan” və “Morgan Stanley” kimi aparıcı maliyyə şirkətləri, ABŞ-ın ÜDM-nun birinci rübdə 6%, ikinci rübdə isə 24% – 30% azalacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər