13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Çin Xalq Bankı uçot dərəcəsini endirmək fürsətini əldə edib. Niyə?

Çin Xalq Bankı pul siyasətini yumşaltmaq üçün yenidən faiz dərəcəsini endirəcək. Belə bir proqnozların səbəbi bu gün açıqlanan inflyasiya statistikası olmuşdur.

Banker.az xəbər verir ki, aprel ayında istehlak qiymətləri indeksi 3,3% artaraq proqnozlardan xeyli aşağı düşüb. Azalma əsasən ərzaq inflyasiyasının düşməsi ilə əlaqədardır – göstərici illik ifadədə mart ayı ilə müqayisədə 18,3%-dan 14,8%-a qədər azalıb.

Dezinflyasiya prosesləri Çin iqtisadiyyatı üçün yaxşı xəbər deyil.
Xatırladaq ki, daha əvvəl inflyasiya səviyyəsində kəskin artım qeydə alınmışdır. Ölkənin Mərkəzi Bankı pul siyasəti ilə bağlı rüblük hesabatında bu sahədə genişlənmə mövqeyini təsdiq edib.

Hazırda inflyasiya aşağı düşüb, inflyasiya gözləntiləri sabitləşib, istehsalçıların qiymət indeksi isə sürətlə azalır. Beləliklə, monetar stimullaşma üçün əlverişli şərait yaranır.

Son xəbərlər
Oxşar xəbərlər