2 C
Baku
Saturday, December 14, 2024

Çin xaricə səyahət üçün COVID-19 pasportlarını işə salıb

Çin xaricə səyahət etməyi planlaşdıran vətəndaşları üçün rəqəmsal sertifikatlar işə salıb. Beləliklə, Çin iqtisadiyyatını bərpa etmək üçün oxşar sənədlər hazırlayan digər ölkələrə qoşulub.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Konsulluq İşləri Departamenti bildirib.

Qeyd edildiyi kimi, sertifikatda Covid-19 əleyhinə peyvəndlər və koronavirus testinin nəticələr haqqında məlumatlar yer alacaq.

Çinin xarici işlər naziri bazar günü verdiyi açıqlamada sertifikatın məqsədinin ölkələr tərəfindən insanların təhlükəsiz və nizamlı mübadiləsini təmin etmək, o cümlədən vaksinasiya barədə daha dolğun məlumatlar əldə etməkdir.

Çin Covid-19 koronavirusuna qarşı peyvənd olunmuş insanların ölkə ərazisinə gəlişini məhdudlaşdıran qaydaların sadələşdirilməsi barədə hələ heç bir məlumat verməyib. Çinə gəldikdən sonra vətəndaşlar observasiyadan keçməlidirlər, çünki fevral ayından Milli Səhiyyə Komissiyasının sözçüsünün dediyi kimi, peyvənd olunmuş insanların da virusa yoluxması mümkündür.

Xatırladaq ki, Avropa Komissiyası koronavirusa qarşı vaksinasiya pasportunu yaya qədər tətbiq etməyi planlaşdırır. Bu, yay mövsümündə turist səfərlərini bərpa etmək imkanını verir.

Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı Covid-19 pasportlarının beynəlxalq səyahət üçün istifadə edilməsinə qarşı olduğunu bildirib. Belə ki, peyvəndlərin insanları koronavirusun yayılmasından nə dərəcədə yaxşı qoruduğu hələ bəlli deyil.

Son xəbərlər
Digər xəbərlər