20 C
Baku
Wednesday, May 29, 2024

Çin xarici bankların ölkədə şöbə açmasını asanlaşdırıb

Çin xarici banklar haqqında qanuni tənzimləmələri yeniləyərək xarici bankların ölkədə şöbə açması və maliyyə sektorunda fəaliyyyətlərini asanlaşdırıb.

Bu barədə Çin Bank və Sığorta Tənzimləmə Komissiyası məlumat verib.

Məlumata görə, Çində şöbə açmaq istəyən xarici banklardan məcburi aktiv tələb edilməsi və yuanla ticarət üçün icazə alınması prosedurunu ləğv edib. Həmçinin xarici bankların yeni açılacaq filiallara köçürməli olduqları vəsaitin miqdarı 500 min yuana endirilib.

Qeyd edək ki, ekspertlər bu qərarla hökumətin bank sektoruna nəzarəti artıraraq sistematik risklərin qarşısını almaq istədiyini vurğulayıblar.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər