28 C
Baku
Saturday, July 27, 2024

Çin xarici işlər naziri Rusiyaya səfər edib

Çin xarici işlər naziri Van İnin Rusiyaya dörd günlük səfəri başlayıb.

Səfərin məqsədinin iki ölkə arasında siyasi anlaşmanın dərinləşdirilməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin oktyabrda Çinin paytaxtı Pekinə səfər edərək üçüncü “Bir Kəmər, Bir Yol” Forumununda iştirakına hazırlıqların görülməsi olduğu bildirilib.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Van İ illik təhlükəsizlik danışıqları ilə əlaqədar Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevlə görüşəcək.

Diplomatın eyni zamanda, Rusiyanın XİN başçısı Sergey Lavrovla bir sıra məsələləri müzakirə edəcəyi bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər