5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Çin XİN: Qazaxıstanda baş verənlər ölkənin daxili işidir

ÇİN Xarici İşlər Nazirliyi Qazaxıstanda baş verənləri ölkənin daxili işi adlandırıb.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

“Çin və Qazaxıstan dost qonşular və hərtərəfli strateji tərəfdaşlardır. Qazaxıstanda baş verənlər ölkənin daxili işidir”, – deyə Vanq Venbin bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Qazaxıstanda sabitliyin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

O deyib ki, Çin Qazaxıstan hökumətinin problemin həlli ilə düzgün şəkildə məşğul ola biləcəyinə inanır.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər