Çin XİN təmas xəttində gərginliyə münasibət bildirib

Çin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyə münasibət bildirib.

Bu barədə XİN-in mətbuat katibi Vanq Venbin mətbuat brifinqində deyib ki, Çin Azərbaycan və Ermənistanın fikir ayrılıqlarını dialoq vasitəsilə həll edəcəyinə və hazırkı vəziyyətdə sakitlik və təmkin göstərəcəyinə ümid edir.

O qeyd edib ki, regional sülhün və sabitliyin qorunması bütün tərəflərin maraqlarına cavab verir.