13 C
Baku
Sunday, April 14, 2024

Çin XİN: “Ukrayna müharibəsini passiv şəkildə müşahidə etmək niyyətində deyilik”

Çinin xarici işlər naziri Vanq İ macar həmkarı Peter Siyarto ilə telefon danışığı zamanı bildirib ki, Pekin Ukrayna müharibəsinin gərginləşməsini passiv şəkildə müşahidə etmək niyyətində deyil. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ölkəmiz Ukraynadakı müharibə vəziyyətinə cəlb edilən dövlətlərə aid deyil, lakin biz fəaliyyətsiz qalmaq və kənardan baş verənləri passiv müşahidə etmək niyyətində deyilik. Ukrayna müharibəsi təkcə Avropaya ciddi zərbə deyil, onun mənfi nəticələri artıq bütün dünyada əks-səda verib”, – deyə Vanq İ bildirib.

Xarici işlər naziri əmin edib ki, Pekin “oda yağ tökmək fikrində deyil” və “sülh danışıqlarını israrla təşviq edəcək”.

“Ukraynadakı müharibə bizə ağır dərs verdi və maraqlı tərəflərin hər biri buna ciddi yanaşmalıdır”, – deyə nazir əlavə edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər