1 C
Baku
Saturday, December 14, 2024

Çin yanvar-may ayları ərzində 200 milyon ton kömür idxal edib

Çin cari ilin yanvar-may aylarında 200 milyon ton kömür idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkə daxilində ilin ilk beş ayında yerli kömür hasilatı illik müqayisədə 3% azalaraq 1,86 milyard tona düşüb.

Bildirilib ki, may ayında Çin müəssisələri tərəfindən kömür hasilatı 380 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.

Son xəbərlər
Digər xəbərlər