9 C
Baku
Thursday, December 12, 2024

Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib

Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib.

Bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.

“Bu gündən (29 yanvar – Red) etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir” – deyə, məlumatda vurğulanıb.

Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat verib. Bu, Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID-19 üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi əmr etdikdən sonra baş verib.

Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində koronavirusun yayılmasından sonra tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər