13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Çin “yaşıl” enerjinin inkişaf planını təqdim edib

Çin 2030-cu ilə qədər istixana qazı tullantılarını azaltmaq üçün “N+1” planını təqdim edib. Banker.az xəbər verir ki, plan 2030-cu ilə qədər ÇXR-də avtomobillərin 40 faizinin alternativ yanacaqdan istifadə edəcəyini, ölkədə yeni su elektrik stansiyalarının quraşdırılacağını, bütün müəssisələrin və binaların yarısının günəş panelləri ilə örtüləcəyini nəzərdə tutur.

Verilən məlumata görə, Çin hökuməti neft emalı gücünü məhdudlaşdırmağı planlaşdırır.

2025-ci ilə qədər xam neft emalının həcmi ildə 1 milyard tonla məhdudlaşdırılacaq ki, bu da gündə təxminən 20 milyon barelə uyğun gəlir. Hal-hazırda ÇXR-in zavodları ildə təxminən 900 milyon ton neft emal edir, yəni plana əsasən, zavodun gücü maksimum 11% artırılır.

Eyni zamanda Yalonq, Xuanhe və Lankanq çayları üzərində hidroelektrik stansiyaların tikintisi planlaşdırılır. Ümumilikdə, 2030-cu ilə qədər çay axınının istifadəsindən enerji istehsalının 40 GVt artacağı gözlənilir.

2025-ci ilə qədər bərpa olunan materiallardan istifadə etməkdə ekoloji tikintinin yeni standartları qəbul ediləcək. Dəmir, polad, mis, alüminium, qurğuşun, sink, kağız, plastik, rezin və şüşənin emalı 2025-ci ilə qədər ildə 450 milyon tona, 2030-cu ilə qədər isə 510 milyon tona çatdırılacaq.

Xatırladaq ki, oktyabrın 24-ü Çin kosmik tullantıları aradan qaldırmaq və onların qarşısının alınması texnologiyalarını sınaqdan keçirmək üçün orbitdə “Shijian-21” peykini yerləşdirib.

Son xəbərlər
Oxşar xəbərlər
X