24 C
Baku
Sunday, July 6, 2025

Çin koronavirus pandemiyası ilə mübarizəyə $3 mlrd. ayıracaq

Çin digər ölkələrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün 3 milyard dollar ayırmağı planlaşdırır. Bu barədə mayın 21-də Qlobal sağlamlıq sammitində Çin sədri Xi Jinping bildirib.

“Çin pandemiya ilə mübarizə və iqtisadi böyümənin bərpası üçün beynəlxalq yardım olaraq gələcək üç ildə inkişaf etməkdə olan ölkələrə 3 milyard dollar ayıracaq”, – deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ koronavirus infeksiyasının Uhan şəhərindəki laboratoriyada yarandığına dair “güclü dəlil” kəşf etdiyini açıqlayıb. Nümunə olaraq ABŞ nümayəndələri 2017-ci ildə Çinin amerikalı diplomatlara Uhandakı laboratoriyanın “məcburi təhlükəsizlik protokollarına riayət etmədən koronaviruslar üzərində təhlükəli tədqiqatlar” apardığını qeyd ediblər.

Aprel ayının sonunda Çin hökuməti digər ölkələrə münasibətdə açıq siyasət yürütmək və koronavirus infeksiyasının yayılmasına qarşı yönəlmiş səyləri birləşdirmək niyyətində olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər