15 C
Baku
Friday, April 26, 2024

Çin Yaxın Şərqlə bağlı ABŞ-a xəbərdarlıq edib

Çin ABŞ-ın regionda hava, dəniz və qurudan gələ biləcək təhdidlərə qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə əlavə qoşun göndərməyi qərara almasının mənfi nəticələr verəcəyinə dair xəbərdarlıq edib.

AFP-yə istinadən, bu barədə Çinin Xarici İşlər naziri Van İ suriyalı həmkarı Valid Muallem ilə Pekində təşkil etdiyi mətbuat konfransından sonra bildirib.

Çin diplomatı Tehranı nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyə sadiq qalmağa çağırıb və sazişin belə asan pozulmasının əleyhinə olduqlarını qeyd edib. O həmçinin xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu saziş çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini dəfələrlə təsdiqləyib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər