Çin yeni superkompüter yaradır

Çində yeni superkompüterin tərtibatına başlanıb.

“runews24.ru” saytına istinadən məlumatına görə, bu superkompüterin maksimal məhsuldarlığı saniyədə mindən artıq kvadrilyon hesablama aparılmasına imkan verir.

Çinin yerli KİV-lərinin məlumatına görə, tərtibat Paralel Hesablama Texnikası və Texnologiyalar üzrə Milli Tədqiqat Mərkəzində (NRCPC)həyata keçirilir. Həmçinin gələcəkdə yeni superkompüterin Tzinan şəhərinin Milli Superkompüter Mərkəzində quraşdırılması planlaşdırılır.

Söz düşmüşkən, bu ilin iyun ayında Almaniyada keçirilən beynəlxalq konfransda Çin nümayəndələri “Sunway Taihulight” adlanan daha güclü superkompüterin tərtibatına başladıqlarını elan ediblər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər