Çin Xalq Bankı yuan məzənnəsini 7,0397 səviyyəsinə endirib. Bu, ayın əvvəlindən minimum qiymətdir.
Qeyd edək ki, yuanın devalvasiyası ardıcıl olaraq dörd ticarət sessiyası davam etmişdir. Daha əvvəl müəyyən güclənməni müşahidə edən ekspertlər, ABŞ və Çinin məzənnənin sabitləşməsi barədə razılığa gələ biləcəklərini proqnoz edirdilər.
2015
2015-ci ildə milli valyuta 6%, 2016-cı ildə 6,7%, 2017-ci ildə 6,2%, 2018-ci ildə isə 5,1% aşağı düşmüşdür. 2019-cu ildə ABŞ və Çin arasında gedən ticarət müharibəsinin fonunda yuan məzənnəsi 11 illik minimuma çatdı.
Qeyd edək ki, tərəflərin yaxın gələcəkdə ümumi razılığa gələ bilməsi hələ sual altındadır. Donald Tramp Çini illər ərzində davam edən kiberhücumlar, texnologiyaların məcburi şəkildə ötürülməsi, dempinq və casusluğa görə məsuliyyətə cəlb etmək niyyətindədir.
Ticarət danışıqlarının birinci mərhələsinin nəticələri demək olar ki, heç kəsə maraqlı olmadığından, ikinci mərhələnin başlaması və uğurla nəticələnməsi get-gedə daha mümkünsüz görünür.
Və bu təəccüblü deyil: 2020-ci ildə ABŞ-da yeni prezident seçkiləri keçiriləcək və Çin Donald Trampı növbəti illərdə də ticarət tərəfdaşı kimi görmək istəmədiyi üçün vaxtı uzatmağa çalışır.