23 C
Baku
Saturday, April 20, 2024

Çin yenidən yuanın devalvasiyasına başlayır

Çin yuanın devalvasiyasına başlayır, bununla ölkə ABŞ prezidenti Donald Trampa qarşı “laqeyd” münasibətini ifadə etmiş olur, bu haqda Hollandiyanın ING bankının mesajında deyilir.

ABŞ administrasiyası uzun müddətdir bildirir ki, Çin ixrac qiymətlərinin ədalətsiz üstünlüklərindən istifadə edərək, yuanın süni şəkildə zəiflədir. Lakin Pekin bunu inkar edir. Buna baxmayaraq, ABŞ rəsmi olaraq Çini “valyuta manipulyatoru” elan etməyə tələsmir.

Banker.az xəbər verir ki, Çin hökuməti ötən illər ərzində öz təsirini kifayət qədər gücləndirib. Buna baxmayaraq, Mərkəzi Bank yuanı hələdə idarə etməyə davam edir.

Mart ayında yuan dollara nisbətdə 0,2%, aprel ayında isə 0,3% düşmüşdür, məlumat ING bankın mesajında qeyd olunur. Cari ilin ilk iki ayında yuan dollara nisbətdə 2,45% güclənmişdir.

“İstiqamətin cüzi də olsa dəyişməsinə baxmayaraq, bu, Çinə öz müstəqilliyini nümayiş etdirməyə imkan verir. Belə ki, valyuta məsələlərində Çin demək olar ki, digər ölkələrdən asılı deyil. Bu, Tramp administrasiyasına qarşı “laqeyd” münasibəti ifadə edir. Çin səlahiyyətlilərin verdiyi məlumata görə, ABŞ ilə bağlanacaq ticarət razılaşması yuanı dəyərdən sala bilməz”, – deyə bankın iqtisadiyyatçısı Iris Pang bildirib.

Ticarət müharibəsinin dayandırılmasına dair razılaşma müzakirə olunan zaman, yuanın dəyəri məsələsinə də nəzər yetiriləcək.

Bu həftə hər iki tərəf Pekində görüşməyi planlayır. Onlar razılaşma sahəsində müəyyən irəliləyişlərə nail olmağa çalışırlar. Cari ildə optimizm ruhu bir qədər güclənib: ekspertlərin çox hissəsi elə hesab edir ki, müqaviləyə dair açıqlama bir neçə həftə ərzində verilə bilər. Digərləri isə düşünürlər ki, bu proses bir neçə ay müddətinə qədər uzadıla bilər.

Pang qeyd edir ki, müqavilənin bağlanma müddətindən asılı olmayaraq, yuanın hərəkət diapazonunun sıxlaşması cari ilin sonuna qədər davam edəcəkdir. Bunun əsas səbəbi isə razılaşmadan sonra yaranan “siyasi vəziyyət” olacaqdır.

“Biz yuanın kəskin qalxması variantını istisna edirik. Yuanın əhəmiyyətli dərəcədə dəyərdən düşməsi isə Çinin ABŞ ilə mübarizəyə başlamaq niyyəti olduğu halda mümkündür. Bu, real görünmür”, – deyə Pang əlavə edir və qeyd edir ki, bu, Pekinin siyasi səhvi olacaqdır. 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər