10 C
Baku
Tuesday, November 26, 2024

Çin yuanı bu gündən dünyanın 5-ci əsas valyutası olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) bu gün Çin yuanının ehtiyat valyuta statusunu təsdiqləmək üçün səsvermə keçirəcək.

“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, BVF-nin bugünkü iclasında Çin milli valyutasının Xüsusi Borcalma Hüququ (SDR) valyuta səbətinə əlavə olunması gözlənilir. Qeyd edək ki, 1969-cu ildə qüvvəyə minən SDR, BVF üzvü olan ölkələrin tədiyyə balansındakı kəsirlərini örtmək üçün dollar, yen, funt sterlinq və avrodan ibarət səbətdə bu pul vahidlərindən biri ilə borc almaq hüququ verir.

Yuanın ehtiyat valyuta olması istiqamətindəki çalışmalar bir qədər əvvəl durdurulsa da BVF rəhbəri Kristian Laqard yuanın səbətə daxil olunmasını tövsiyə edib. Qeyd edək ki, BVF 188 ölkənin maliyyə nazirləri və ya mərkəzi banklarının rəhbərlərindən ibarət komitə tərəfindən idarə edilir. BVF-nin İcraiyyə Komitəsi isə 24 üzvdən ibarətdir. Fondda ən böyük paya ABŞ malikdir (17%), Çinin səsvermə hüququ isə 3,8%-ə sahibdir. Azərbaycanın BVF-də payı 160,8 mln. SDR-dir (0,08%).

“Report”un analitik qrupu hesab edir ki, yuanın SDR səbətinə daxil olaraq ehtiyat valyutasına çevrilməsi bu valyutanın dünya bazarında sərbəst tədavülünə səbəb olacaq. Nəticədə, yuanın məzənnəsi Çinin iqtisadi vəziyyətindən asılı olaraq dəyişəcək. Hazırda Çin iqtisadiyyatının zəifləməsi ehtimal edildiyindən, 2016-cı ildə yuanın əsas valyutalara, xüsusən dollara nəzərən ucuzlaşması, başqa sözlə devalvasiyası proqnozlaşdırılır. Gələn il bu məzənnənin 7,2-7,5 CNY/USD-yə çatması gözlənilir (hazırda 6,4 CNY/USD-dir).

virtualaz.org

Son xəbərlər
Digər xəbərlər