9 C
Baku
Monday, November 18, 2024

Çin yuanı cilovlamaq üçün həmlə etdi

Çin Xalq Bankı (PBOC) bazar ertəsi verdiyi açıqlamada bəzi əvvəlcədən satış müqavilələri üçün valyuta riski ehtiyatlarını bərpa edəcəyini açıqladı.

Banker.az xəbər verir ki, PBOC sentyabrın 28-dən etibarən forvard valyuta alışlarında maliyyə qurumları üçün valyuta riski ehtiyatlarını hazırkı sıfırdan 20%-ə qaldıracağını bəyan edib.

Yuan dollar qarşısında psixoloji olaraq önəmli görünən 7 səviyyəsini aşaraq avqustun ortalarından bəri 4%-dən çox dəyər itirib və Çinin rəsmi və bazar məzənnələrini birləşdirdiyi 1994-cü ildən bəri ən böyük illik itkisinə doğru gedir.

Bu xəbərdən sonra spot yuan demək olar ki, heç “hərəkət” etməyib. Onşor yuan bir dollar üçün 7.1450 səviyyəsində ticarət edilib, cümə günü gecə qapanışında isə bu göstərici 7.1298 idi.

PBOC bu ayın əvvəlində maliyyə qurumlarının ehtiyat olaraq saxlamalı olduğu məbləği azaldacağını elan etdikdən sonra bankın bazar ertəsi verdiyi açıqlama valyutanın enişini dayandırmaq üçün son siyasət tədbiridir.

 

Son xəbərlər
Digər xəbərlər