“Son vaxtlar Çinə xarici investisiyaların axınının güclənməsi bu ölkənin milli valyutası – yuanın dəyərini kəskin artıra, onu ABŞ dolları və avrodan sonra dünyanın 3-cü yığım vasitəsinə çevirə bilər”.
Bu barədə ABŞ-ın investisiya bankı – “Morgan Stanley”in analitiklərinin hesabatında bildirilir.
Sənədə əsasən, hazırda yuanda saxlanılan aktivlərin dünya üzrə xüsusi çəkisi 2% təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 5%-10% aralığına yüksələrək yapon yenini və ingilis funt sterlinqini keçəcəyi gözlənilir.
Qeyd edək ki, bu il Çin iqtisadiyyatına xarici investisiya qoyuluşunun 150 milyard ABŞ dollarını keçəcəyi, 2021-2030-cu illərdə isə bu rəqəmin 200-300 milyard ABŞ dolları arasında dəyişəcəyi proqnozlaşdırılır.