Çin şənbə günü “Yunhai-3” məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, buraxılış yerli vaxtla saat 06:52-də (Bakı vaxtı ilə saat 02:52) ölkənin şimalındakı Tayyuan kosmodromundan CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. O, bu seriyanın daşıyıcıları üçün ardıcıl 448-ci olub.
“Yunhai-3” atmosfer hadisələrinin və okeanların müşahidəsi, təbii fəlakətlərin və onların nəticələrinin qarşısının alınması, elmi tədqiqat layihələrində istifadə olunacaq.