10 C
Baku
Sunday, January 19, 2025

Çin ziyarətçi, işgüzar və təhsil vizalarının verilməsini sadələşdirir

Əcnəbilər sadələşdirilmiş variantda qonaq, iş və ya təhsil vizası ala biləcəklər. Bu qərar Çin hakimiyyəti tərəfindən ölkəyə gələnlər üçün yanvarın 8-nə nəzərdə tutulan karantin məhdudiyyətlərinin zəiflədilməsi ilə əlaqədar qəbul edilib. Bu barədə “TASS” Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqələrində nəzarət optimallaşdırılacaq ki, bu da digər məsələlərlə yanaşı, transsərhəd yükdaşımalarını pandemiyadan əvvəlki səviyyəyə yüksəldəcək. Bundan əlavə, Çin hakimiyyəti çinli turistlərin beynəlxalq axınını tədricən artırmağı planlaşdırır.

Dekabrın əvvəlində Çində anti-COVID məhdudiyyətləri yumşaldılıb, bundan sonra ölkədə yeni koronavirus epidemiyası qeydə alınıb. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, bunlar zəifləmiş ştamlardır və ölüm ehtimalı olduqca aşağıdır.

Son xəbərlər
Digər xəbərlər