“Çinarə lizinq” MMC-yə məxsus avtomobil 115 min manata satılmaqla dələduzluq edilib

Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Müəyyən edilmişdir ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 01.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir.

Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.