10 C
Baku
Thursday, December 12, 2024

“Çinar Park” 3 mln. manata yaxın xalis mənfəət əldə edib

Daşınmaz əmlak idarəedicisi “Çinar Park” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü ildə 2.97 milyon manat xalis mənfəət əldə edib. Bu, 2022-ci il üzrə 2.75 milyon manat xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, hesabat müddətində 7.18 milyon manat gəlir əldə edərkən, bundan yalnız 3.52 milyon manat əməliyyat xərcləri çəkib. 2022-ci illə müqayisədə gəliri 18% artıb.

Bu xalis mənfəətdən sonra 1 yanvar 2024-cü il tarixinə onun balansında 8.65 mln. manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Daşınmaz əmlak idarəedicisinin bina, tikili və avadanlıqları keçən il ərzində 14.71 mln. manatdan 30.16 mln. manata yüksəlib. Şirkət ümumilikdə 35.01 mln. manat cəmi aktivə, 21.22 mln. manat xalis aktivə və 13.79 mln. manat cəmi öhdəliklərə malikdir.

Xatırladaq ki, “Çinar Park” QSC 2006-cı ildə təsis edilib və 4 325 398 manat nizamnamə kapitalı vardır. Şirkətin direktoru Ülvi Gülməmmədli Rüfət oğludur.

Son xəbərlər
Digər xəbərlər