“Çinar Park” QSC “Global Makina Group” MMC və “Ashur Constructions” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Çinar Park” QSC hər iki şirkətə qarşı icarə müqaviləsi üzrə tələb irəli sürüb.
İddialar Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyev və Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.