29 iyun 2021-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, “Çinar” soyuducular zavodunun “Şəmkir” filialı hərraca çıxarılır.
Hərraca çıxarılan əmlakın sahəsi 2 095.1 kv-metr, torpaq sahəsi ilə birgə ərazisi isə 27 150.0 kv-metrdir. Hərracda ilkin satış qiyməti isə 150 min manat müəyyən edilmişdir.