“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin “Qazax” filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
İstintaq zamanı 2008-2012-ci illərdə filialın müdiri vəzifəsində işləmiş Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş pul vəsaitinin 150 min manatını kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunmuşdur.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir