19 C
Baku
Friday, October 10, 2025

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Rəqabət Məcəlləsi ilə əlaqədar Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin də həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər təklif edilir, cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşir.

Maddə “Rəqabəti məhdudlaşdırma” adlandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər