Bu ilin birinci rübündə cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.
Bu barədə Daxili İşlər Nazirliyində Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazir vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunaraq bu istiqamətlərdə nəticələrin müsbət olduğunu deyib.