Bir şəxs cinayət törədir, tutulur və mühakimə edilmək üçün hökmdarın hüzuruna gətirilir.
Onun törətdiyi cinayət üçün edam cəzası layiq görülmüşdü. Lakin hökmdar cinayətkara öz taleyini özünün seçməsi imkanını verir və təklif edir: cinayətkar ya asılaraq edam edilmək cəzasını, ya da böyük, bağlı və qorxulu polad qapını seçməli idi. Cinayətkar bir qədər düşünür və asılaraq edam edilmək cəzasını seçir. O dar ağacına gətirilir və boynuna kəndir keçirildikdə qəfil olaraq deyir:
— Mənə maraqlı gəldi: orada, qapının arxasında nə var?
Hökmdar gülümsəyir:
— Başa düşürsən, maraqlı hadisə alınır. Mən hər kəsə bu seçimi təklif edirəm və hər kəs dar ağacını seçir.
— Bəs qapının arxasında nə var idi? — deyə cinayətkar daha yüksək maraqla soruşur.
— Mən onsuz indi öləcəyəm və kiməsə cavabı demək şansım yoxdur.
Hökmdar bir qədər susduqdan sonra cavab verir:
— Orada azadlıq var idi. Lakin insanlar naməlum, bilmədikləri şeylərdən elə qorxurlar ki, dar ağacını seçirlər.