22 C
Baku
Wednesday, May 29, 2024

Çində ən böyük “iPhone” zavodunun olduğu şəhər karantinə alınıb

Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Çjençjou şəhərini koronavirusa yoluxma hallarının artması ilə əlaqədar karantinə bağlayıb.

Bu barədə Çjençjou iqtisadi zonasının bugünkü açıqlamasında deyilir.

Qeyd edək ki, həmin bölgədə ən iri “iPhone” istehsalçısı hesab olunan “Foxconn” şirkətinin zavodu yerləşir.

Ötən həftə “Foxconn”un 20 minə yaxın əməkdaşının COVID-19-a yoluxduğu xəbər verilmişdi.

Karantinə alınan şəhərə bütün giriş-çıxışlar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Karantin rejimi noyabrın 2-dən 9-dək davam edəcək.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər