19 C
Baku
Friday, October 4, 2024

Çində avtomobil satışları 1.1% azalıb

Avqustda Çində avtomobil satışları illik müqayisədə 1.1% azalaraq 1.92 milyon ədəd təşkil edib, bu barədə “Reuters” yazıb. Analitiklərin fikrincə, satışların azalması kifayət qədər çətin iqtisadi şəraitdə istehlakçıların inamının azalmasından xəbər verir.

Elektrikli avtomobillərin satışları artmaqda davam edir və avqust ayında 43.2% artaraq 1 milyonu ötüb. Qeyd olunur ki, elektrik nəqliyyat vasitələri (bütün elektrikli avtomobillər və hibridlər) ümumi avtomobil satışlarında rekord paya – 53.5%-ə çatıb. Bundan əlavə, bir çox avtomobil istehsalçıları güclü rəqabət şəraitində son vaxtlar Çində qiymətləri aşağı salır.

İlk səkkiz ayda avtomobil satışları 1.6% artıb, buna görə də CPCA bütövlükdə 2024-cü il üçün müəyyən artım gözləyir. Avqustda Çin avtomobil ixracatı 24% artıb.

Son xəbərlər
Digər xəbərlər