Çində avtomobil satışları koronavirusa görə 92% azalıb

Çində avtomobil satışları fevralın ilk yarısında 92% aşağı düşüb. Koronavirusun yayılması səbəbindən əhali avtomobil salonlarında demək olar ki, getmir.

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib.

Ümumilikdə, ayın nəticələrinə görə, avtomobil tədarükü 70%-dək azala bilər ki, bu da 2020-ci ilin ilk ayında təxminən 40% düşmə deməkdir.

Hesabatda qeyd edildiyi kimi, fevralın əvvəlində avtomobil salonlarında demək olar ki, müştəri olmayıb. Mütəxəssislər mövcud vəziyyətin fevralın son həftəsində yaxşılaşa biləcəyini proqnozlaşdırırlar.