1 C
Baku
Cümə, Yanvar 21, 2022

Çində bir ailənin üç uşaq sahibi olmasına icazə verildi

Çin hökuməti ölkədəki ailələrin üç uşaq sahibi olmasına icazə verməyə qərar verib. Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir. Bildirildiyi kimi, qərarın qüvvəyə minmə tarixi hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, mayın 12-də Çin yeddinci illik siyahıyaalma məlumatlarını açıqlayıb. Nəticələrə görə, 2021-ci ilin əvvəlində ölkədə 1.411 milyard insan yaşayıb.

Beləliklə, ÇXR dünyanın ən çox əhalisi olan ölkə statusunu qoruyub saxlayıb. Eyni zamanda göstərici planlaşdırılandan daha az olub. Belə ki, 2016-cı ildə hökumət 2020-ci ilədək ölkə sakinlərinin sayının 1.42 milyardı keçəcəyini proqnozlaşdırıb.

1979-cu ildən 2015-ci ilə qədər olan dövrdə Çində demoqrafik siyasət həyata keçirilib. Vətəndaşlara bir ailədə birdən çox uşağa sahib olmağa qadağan edilib. Bu qanunu pozanlara qarşı məcburi abort və sterilizasiya tətbiq olunduğu məlum olub.

Son xəbərlər
Oxşar xəbərlər