6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Çində daha bir “Azərbaycan Ticarət Evi” açılıb – Fotolar

Çinin Hunan əyalətinin Canciaciye şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciaciye şəhərində fəaliyyətə başlayan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-ə yaxın məhsul nümayış olunacaq. 300 kv/m sahədə yerləşən Ticarət Evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləri Azərbaycandan birbaşa məhsul idxal edərək Ticarət Evində satışını həyata keçirəcək.

Məlumat üçün bildirək ki, Canciaciye Çinin Hunan əyalətinin əsas turist şəhəri hesab olunur. Pandemiyadan əvvəlki 2018-ci ildə şəhəri 4 milyondan çox turist ziyarət edib.

Cin Azərbaycan Ticarət Evi

Cin Azərbaycan Ticarət EviCin Azərbaycan Ticarət Evi 1Cin Azərbaycan Ticarət Evi 1

Son xəbərlər
Oxşar xəbərlər