8 C
Baku
Wednesday, November 30, 2022

Çində ilk dəfə pilotsuz taksi işə düşüb

Çinin “Baidu” internet şirkəti özü idarə olunan avtomobillərdən istifadə etməklə kommersiya taksi xidmətləri göstərmək lisenziya alıb. Bununla da “Baidu” sürücü oturacağında şirkət əməkdaşının iştirakı olmadan xidmət göstərə biləcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkət iki şəhərin – Çunçin və Uhan – hakimiyyətindən icazə alıb. Şəhərlərin hər birində beş Baidu sürücüsüz avtomobil fəaliyyətə başlayacaq. Onlar tənzimləyicilərlə xüsusi razılaşdırılmış zonalar daxilində səfərlər edəcəklər. Uhanda belə taksilər saat 9:00-dan 17:00-dək, Çunçində isə 9:30-dan 16:30-a kimi fəaliyyət göstərəcək.

Aprel ayında “Baidu” şirkəti “Pony.ai” startapı ilə birlikdə Pekində hakimiyyət orqanlarından pilotsuz avtomobillərdən istifadə etməklə taksi xidmətləri göstərmək üçün lisenziya alıb.

Son xəbərlər
Digər xəbərlər
X