Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə yüksəlib.

TASS xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu günədək sağalanların sayı 24734 nəfərdir. Son bir gündə isə daha 1846 nəfər xəstəxanalardan buraxılıb. Lakin gün ərzində koronavirusa yoluxanların sayı 409 nəfər artaraq ümumilikdə 77150 nəfər təşkil edib.

Sutka ərzində Hubey əyalətində 149 ölüm hadisəsi qeydə alınıb, bunlardan 131-ü Uhan şəhərində baş verib. Ümumilikdə bu bölgədə 64 287 yoluxma hadisəsi müşahidə edilib. Bazar günü 1,4 mindən çox insan sağalaraq tibb müəssisələrindən buraxılıb.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları