24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Çində koronavirusa yoluxma yenidən artıb

Çində koronavirusa yoluxma yenidən artıb.

Banker.az xəbər verir ki, son sutkada 100-ə yaxın yoluxma halı aşkar edilib, onlardan üçdə biri Rusiya ilə sərhəddə yaşayıb.

Qeyd edildiyi kimi, yeni dalğa oktyabrın ortalarında başlayıb. İki həftə ərzində əsasən ölkənin şimal və şimal-şərqində 500-dən çox COVID-19 hadisəsi qeydə alınıb.

Təkcə Pekində son günlərdə 8 yoluxma hadisəsi olub ki, bu da yanvarın 19-dan bəri paytaxtda məişət yoluxmalarının ən yüksək göstəricisidir. Bununla əlaqədar şəhər sakinlərinə səyahət, toy və digər tədbirlərdən çəkinmələri tövsiyə olunub. Bəzi daxili reyslər ləğv edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X