22 C
Baku
Monday, June 30, 2025

Çində koronavirusdan ölənlərin sayı 170-ə çatdı

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2019-nCoV koronavirusa yoluxanların sayı 7,711 nəfərə çatıb. Dövlət komitəsinin məlumatına görə, virusdan ölənlərin sayı 170 nəfərə çatıb.

Nazirliyin xəbərində qeyd edilir ki, 1370 nəfərin vəziyyəti ağırdır.

Çində bu virusla bağlı karantində 60 mindən çox insan var.

©Report

Son xəbərlər
Digər xəbərlər